• 10 °C
|

Tramp qırmızı “Tesla”sından imtina etməyi planlaşdırır

7 İyun 2025
img

ABŞ Prezidenti Donald Tramp bir müddət öncə aldığı qırmızı "Tesla" avtomobilindən imtina etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “CNN” Ağ Evdəki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Kanalın digər mənbəsi bildirib ki, elektriklə işləyən bu nəqliyyat vasitəsi ya satıla, ya da hədiyyə edilə bilər.

"CNN"in əldə etdiyi məlumata görə, Prezidentə məxsus "Tesla" iyunun 6-sı səhər saatlarında hələ də Ağ Evin dayanacağında olub.