14 Sen 2026

Ukrayna Rusiyanın enerji obyektlərinə hücum etməməyə razılıq verib.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, Rusiya da eyni qaydada Ukraynada olan enerji infrastrukturuna hücum etməməyi öhdəsinə götürüb.
“Dünyada dizel qiymətlərinin artımı əsasən Rusiya-Ukrayna müharibəsinə görədir, İrana görə yox”, – ABŞ Prezidenti qeyd edib.