• 19 °C
|

Tramp Si Cinpinlə görüşdən sonra “böyük irəliləyiş” əldə edildiyini bildirib

28 Sentyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinin ABŞ-a səfərinin yekunlarına əsasən Vaşinqtonun “böyük irəliləyiş” əldə etdiyini bildirib.

APA xəbərt verir ki, Tramp bunu Çikaqodan qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində deyib.

“Si Cinpinlə inanılmaz görüşümüz oldu. Görüş uzun sürdü, faktiki olaraq iki gün davam etdi. Təsəvvür edin. Biz böyük irəliləyiş əldə etdik”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, görüşün nəticəsində, o cümlədən amerikalı fermerlər üçün “çoxlu müsbət proseslər” baş verir.