• 11 °C
|

Tramp: “Sülh Şurası” ölkələri Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar ayıracaq

15 Fevral 2026
img

“Sülh Şurası”na üzv ölkələr 19 fevralda keçiriləcək ilk iclas zamanı Qəzza zolağının yenidən qurulması üçün 5 milyard dollardan çox vəsait ayıracaq.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında məlumat evrib.

Onun sözlərinə görə, 19 fevralda Vaşinqton Sülh İnstitutunda keçiriləcək “Sülh Şurası”nın ilk iclasında üzv ölkələr Qəzzada yenidənqurma və humanitar yardım səyləri üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar.

Tramp “Sülh Şurası”na üzv dövlətlərin Qəzzada sülh və təhlükəsizliyi qorumaq üçün minlərlə əsgər yerləşdirməyə hazır olduqlarını deyib.