• 21 °C
|

Tramp Tayland və Kambocanın nə vaxt sülh müqaviləsi imzalayacağını açıqlayıb

26 Oktyabr 2025
img

ABŞ Prezidenti Donald Tramp Malayziyaya gəlişindən dərhal sonra Tayland və Kamboca arasındakı münaqişənin həlli ilə bağlı bəyannamənin imzalanmasının onun iştirakı ilə baş tutacağını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

"Kamboca və Tayland arasında vasitəçilik etməkdən qürur duyduğum böyük sülh müqaviləsini imzalamaq üçün Malayziyaya gedirəm. Gəlişimlə onların gözəl baş naziri ilə görüşəcəyəm. Hər kəsin bu vacib tədbirdə iştirak edə bilməsi üçün sülh müqaviləsini gəlişimlə dərhal imzalayacağıq", – Tramp yazıb