• 10 °C
|

Tramp: Ukrayna mineral ehtiyatları üzrə müqaviləni hələ də imzalamayıb

25 Aprel 2025
img

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna mineral ehtiyatları ilə bağlı Vaşinqtonla əldə olunmuş mühüm razılaşmanın sənədlərini hələ də imzalamayıb.

APA xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib:

“Zelenskinin rəhbərlik etdiyi Ukrayna ABŞ ilə mineral ehtiyatları üzrə çox vacib razılaşmanın yekun sənədlərini hələ də imzalamayıb”.

Tramp, həmçinin, sənədlərin imzalanmasında artıq üç həftəyə yaxın gecikmənin olduğunu vurğulayıb.