
ABŞ prezidenti Donald Tramp Ukrayna üçün Rusiya ilə münaqişənin qış başlamazdan əvvəl nizamlanmasına nail olmağa çalışmağın vacib olduğunu bildirib.
APA xəbər verir ki,Tramp bu barədə Nyu-Yorkda Volodimir Zelenski ilə birlikdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Zelenskinin, “Ümid edirəm ki, bu müharibəni başa çatdıracağıq və prezident Tramp bizə bu müharibəni bitirməkdə kömək edəcək. Hesab edirəm ki, bunu mümkün qədər tez – qışdan əvvəl etməliyik” sözlərinə Tramp “Qışdan əvvəl. Qışdan əvvəl böyük məsələdir!” – deyə münasibət bildirib.