• 19 °C
|

Tramp və Zelenski münaqişənin gələcəyi ilə bağlı razılaşma əldə etməyib

18 Oktyabr 2025
img

ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski Ukrayna münaqişəsinin gələcəyi ilə bağlı fikir ayrılığına düşüblər.

APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

“Oktyabrın 17-də Ağ Evdə apardıqları danışıqları gərgin, dürüst və bəzən narahat olan müzakirə kimi xarakterizə etdilər. Bu danışıqlar zamanı Tramp birbaşa və açıq şəkildə Zelenskiyə Kiyevin hələlik Vaşinqtondan uzaqmənzilli raketlər almayacağını açıqladı”, – CNN yazıb.

Kanalın mənbələrindən birinə görə, Tramp Ukraynanın münaqişəni gərginləşdirməyə və uzatmağa çalışdığına inanırdı.