• 11 °C
|

Tramp Venesuelanın yeni rəhbərini Madurodan daha sərt cəza ilə hədələyib

4 Yanvar 2026
img

ABŞ prezidenti Donald Tramp Venesuelanın yeni rəhbəri Delsi Rodrigezin “səhv addım” atacağı təqdirdə onun üçün nəticələrin Nikolas Maduroya tətbiq edilən tədbirlərdən daha sərt ola biləcəyini bildirib.

APA xəbər verir ki, bu barədə “The Atlantic” məlumat yayıb.

Trampın sözlərinə görə, Vaşinqton Venesueladakı prosesləri diqqətlə izləyir və ölkənin yeni rəhbərliyinin addımlarına sərt reaksiya verə bilər.

ABŞ prezidenti yenidən Qrenlandiya mövzusuna toxunub. O bildirib ki, təhlükəsizlik baxımından Birləşmiş Ştatların ada üzərində nəzarətə ehtiyacı var, çünki bölgədə Rusiya və Çin gəmilərinin fəal iştirakı müşahidə olunur. Tramp vurğulayıb ki, Vaşinqton bu vəziyyətə göz yuma bilməz.

Qeyd edək ki, Delsi Rodrigez Venesuelada müvəqqəti olaraq dövlət başçısının səlahiyyətlərini icra etməyə başlayıb.

O, ilk çıxışında Venesuelanın heç vaxt kiminsə müstəmləkəsi olmayacağını bəyan edib, Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə azad edilməsini tələb edib və məhz Maduronu ölkənin legitim prezidenti hesab etdiyini bildirib.