
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırması Konqresdə həm respublikaçıların, həm də demokratların etirazına səbəb olub.
“The Washington Post” nəşrinin məlumatına görə, Tramp Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketinin qüvvəyə minməsini təxirə salan sərəncam imzalayıb. Prezident qərarını ABŞ-nin milli maraqları ilə əsaslandırıb.
Respublikaçı senator Con Kornin bu addımı kəskin tənqid edərək Rusiyaya güzəşt edilməsinin ABŞ-nin milli təhlükəsizlik maraqlarına zidd olduğunu bildirib.
Digər respublikaçı senator Tom Tillis isə Trampın qərarını son dərəcə məsuliyyətsiz adlandırıb.
O, Vaşinqtonun Ukraynada müharibəni davam etdirən Moskvaya güzəştə getməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Demokrat senatorlar da qərara etiraz edərək Rusiyaya iqtisadi təzyiqin zəiflədilməsinin Ukraynaya mənfi təsir göstərəcəyini bildiriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski də sanksiyaların dayandırılmasını tənqid edib.
Qeyd edək ki, söhbət Rusiyaya qarşı qüvvəyə minməsi nəzərdə tutulan yeni məhdudiyyətlərdən gedir. Daha əvvəl tətbiq edilmiş bütün sanksiyalar ləğv olunmayıb.