• 11 °C
|

UFC rəhbəri Ağ Evin mətbuat katibi vəzifəsində işləmək təklifindən imtina edib

10 Noyabr 2026
img

UFC-nin prezidenti Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifini qəbul etməyib.

APA xəbər verir ki, hadisə Trampın Ağ Evdə keçirdiyi növbədənkənar mətbuat konfransı zamanı baş verib.

ABŞ Prezidenti jurnalistlər qarşısına UFC rəhbəri Dana Uaytla birlikdə çıxıb.

Brifinqin sonunda Tramp Uayta müraciət edərək ondan ABŞ Prezidentinin mətbuat katibi olmaq istəyib-istəmədiyini soruşub.

“Təklifinizə görə təşəkkür edirəm, cənab Prezident. Amma mən siyasətə qarışmaq istəmirəm, xeyr”, – Uayt cavab verib.

Tramp isə onun cavabına zarafatla reaksiya göstərib.

“Eşitdiklərim məni şoka saldı. Hamınızla sağollaşıram!” – deyən ABŞ Prezidenti bununla da mətbuat konfransını başa çatdırıb.