19 Noy 2025

ABŞ Konqresində Rusiyaya qarşı nəzərdə tutulan “sarsıdıcı” sanksiyalar paketi hələ də “yaşıl işıq” gözləyir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Bloomberg”ə müsahibəsində bildirib.
Üitaker vurğulayıb ki, Vaşinqton Moskva ilə dialoq imkanlarını axtarmağı davam etdirəcək.
Onun sözlərinə görə, Konqresdəki “sarsıdıcı” sanksiyalar layihəsi “sadəcə icazə verilməsini gözləyir”.