• 14 °C
|

Uitkof və Kuşner Rustem Umerovla görüşəcək

4 Dekabr 2025
img

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof və kürəkəni Cared Kuşner cümə axşamı Mayamidə Rusiya-Ukrayna sülh danışıqlarının davam etdirilməsi üçün Ukraynanın aparıcı danışıqçısı Rustem Umerovla görüşəcəklər.

APA “Associated Press”ə istinadən xəbər verir ki, görüş ABŞ Prezidentinin Uitkoff və Kuşnerin Rusiya liderinin münaqişəyə son qoymaq istədiyinə əmin olduqlarını deməsi fonunda baş tutacaq.