
ABŞ İranın münaqişənin həlli ilə bağlı təqdim olunan 15 maddəlik təklifə cavabını gözləyir.
APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
Onun sözlərinə görə, sözügedən təklif artıq bir müddətdir İran tərəfinə təqdim olunub.
“Bizim 15 maddəlik razılaşma təklifimiz var və bu, bir müddətdir iranlıların əlindədir. Onlardan cavab gözləyirik”, – deyə Uitkoff qeyd edib.
O əlavə edib ki, bu təklif qəbul olunacağı təqdirdə tərəflər arasında mövcud problemlərin həllinə imkan yarada bilər.
Diplomat onu da vurğulayıb ki, ABŞ bu həftə İran nümayəndələri ilə görüş keçirməyə ümid edir.