• 17 °C
|

Vaşinqton Yaponiyadan Rusiya neftini almağı dayandıracağını gözləyir

16 Oktyabr 2025
img

Vaşinqton Tokionun Rusiyadan neft almağı dayandırmasını gözləyir.

APA xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent yaponiyalı həmkarı Katsunobu Kato ilə görüşü zamanı deyib.

"Nazir Kato ilə mən ABŞ-Yaponiya iqtisadi əlaqələri ilə bağlı mühüm məsələləri müzakirə etdik. Həmçinin administrasiyanın Yaponiyanın Rusiyadan enerji idxalını dayandıracağına dair gözləntilərini müzakirə etdik", – Bessent deyib.

Bessent əlavə edib ki, o, yaponiyalı həmkarı ilə investisiyaları da müzakirə edib.