05 Yan 2026

“ABŞ Venesuelaya qarşı yalan bəhanələrlə təcavüz aktı törətdi”.
APA xəbər verir ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodrigez bildirib.
"Bu gün Amerika Birləşmiş Ştatları Venesuelaya qarşı misli görünməmiş hərbi təcavüzə başladı. Bu hərbi əməliyyat zamanı prezident Nikolas Maduro və birinci xanım Siliya Flores əsir götürülüb. Bu, yalan bəhanələrlə baş tutmuş bir təcavüzdür", – Rodrigez deyib.