• 18 °C
|

Vens: ABŞ-da hökumətin fəaliyyətinin dayanmasına baxmayaraq, hərbçilərə maaş veriləcək

29 Oktyabr 2025
img

ABŞ administrasiyası federal hökumətin maliyyələşməsinin dayandırılması (şatdaun) şəraitində belə, oktyabrın 31-də bəzi hərbi qulluqçulara maaş ödəyə biləcək.

APA xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonda jurnalistlərə açıqlama verib.

“Biz hesab edirik ki, cümə günü hərbçilərin maaşlarının ödənilməsini davam etdirə biləcəyik,” – deyə o bildirib.

Vens əlavə edib ki, maliyyə çətinliklərinə görə bütün hərbi qulluqçuların maaşlarını ödəmək mümkün olmayacaq.

“Təəssüf ki, biz bütün hərbçilərə maaş verə bilməyəcəyik, çünki demokratlar bizi çox çətin vəziyyətə salıblar,” – deyə vitse-prezident vurğulayıb.