
“Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almağı prioritet hesab edir. Çünki Tehranın nüvə bombası əldə etməsi regionda nəzarətsiz silahlanma yarışına səbəb olacaq”.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı deyib.
"ABŞ-ın müəyyən qırmızı xətləri var. Burada əsas marağımız İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Biz nüvə silahının yayılmasını istəmirik. Əgər İran nüvə silahı əldə edərsə, onlardan sonra bəziləri dost, bəziləri o qədər də dost olmayan nüvə silahı əldə etmək istəyən çoxsaylı tərəflər olacaq. Bu, ABŞ xalqı üçün fəlakətli olardı", – Vens deyib.