• 15 °C
|

Vens Avropa ölkələrini ABŞ-ın innovasiyalarından faydalanmaqda ittiham edib

29 Oktyabr 2026
img

“Avropa ölkələri onilliklər ərzində ABŞ tibbi innovasiyalarının bəhrələrindən faydalanıb, eyni zamanda ABŞ vətəndaşları dərmanlara artıq pul ödəyib”.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxış edən Vens mövcud dərman qiymətləri sisteminin uzun müddət amerikalıları əlverişsiz vəziyyətdə qoyduğunu vurğulayıb.

“Yadınıza salın: nənə və babalarımız, valideynlərimiz və özümüz uzun müddət dərmanlara həddindən artıq yüksək qiymətlər ödəmişik, Avropa ölkələri isə ABŞ-da yaradılan innovasiyalardan pulsuz faydalanıblar”, – deyə Vens bildirib.