• 9 °C
|

Vens Bayden dövründə ABŞ-ın Ukraynaya yardımlarını “ağlasığmaz” adlandırıb

9 İyun 2025
img

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Co Baydenin dövründə Ukraynaya ayrılan maliyyə vəsaitləri “ağlasığmaz” olub.

APA xəbər verir ki, bu barədə o, bloger Teo Von ilə müsahibəsində danışıb.

“Bu, sadəcə ağlasığmazdır. Onlar bütün dünyada çox böyük məbləğlər xərcləyirdilər, amma diplomatiyaya demək olar ki, heç vaxt vaxt ayırmadılar,” – Vens vurğulayıb.