09 Apr 2026

ABŞ İranla əldə olunan atəşkəs razılaşmasına Livanın daxil edilmədiyini bildirib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlama verib.
O qeyd edib ki, İran tərəfi atəşkəsin Livana da şamil olunduğunu düşünə bilər, lakin Vaşinqton belə öhdəlik götürməyib və bu məsələ anlaşılmazlıqdan qaynaqlanır.
Vens vurğulayıb ki, razılaşma yalnız İran, ABŞ müttəfiqləri, İsrail və Fars körfəzi ölkələrini əhatə edir.