27 Mar 2026

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,4 min ton gips məmulatları istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,6% azdır.
İstehsal edilən gips məmulatlarının 2,9 min tonu tikinti gipslərinin payına düşüb. Dövr ərzində tikinti gipslərinin istehsalı illik müqayisədə 78,4 faiz azalıb.
Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır gips məmulatları ehtiyatı 2,6 min ton, tikinti gipslərinin ehtiyatı isə 1,8 min ton təşkil edib.