• 22 °C
|

Yeni Günəşlidə su xəttində baş vermiş qəza 25 dəqiqə ərzində aradan qaldırılıb

19 Avqust 2026
img

Bu gün saat 08.45-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D yaşayış massivi 29-cu binanın yaxınlığında diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub.

"APA-Economics” bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08.55-də işə başlamış saat 09.10-da axıntının qarşısı alınıb, saat 11.45-də su xəttində qəza tam aradan qaldırılıb.