• 27 °C
|

ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində bir nəfər həlak olub

13 İyul 2026
img

ABŞ-ın İranın qərbindəki Xuzistan əyalətinə endirdiyi zərbələr nəticəsində azı bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “İRNA” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Agentliyin məlumatına görə, mərmi nasos stansiyasına düşüb və nəticədə müəssisədəki bir mühafizəçi həlak olub.