23 İyl 2026

İran Səhiyyə Nazirliyi iyunun 27-dən etibarən ABŞ-ın İrana qarşı başladığı yeni hava zərbələri nəticəsində 53 nəfərin öldüyünü açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, həlak olanlar arasında 6 qadın və 18 yaşdan aşağı 3 yeniyetmə də var.
Bildirilib ki, hücumlar nəticəsində ümumilikdə 592 nəfər yaralanıb. Yaralılardan 36 nəfərin müalicəsi xəstəxanalarda davam edir.