• 17 °C
|

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 33-ə çatıb – YENİLƏNİB

18 Aprel 2025
img

ABŞ-ın Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 33 nəfər həlak olub, daha 80 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə məlumatı husilərin nəzarətində olan “Al Masirah” telekanalı yayıb.

***
03:51

ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 22 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Yəmənin “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, hücumlar cümə gecəsi Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeyda vilayətindəki Ras İsa limanına, xüsusilə oradakı neft terminalına yönəlib.

Hadisə nəticəsində 17 fəhlə və işçi, eləcə də 5 təcili yardım əməkdaşı həlak olub. Limanda güclü yanğın baş verib və hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.