• 27 °C
|

ABŞ İranın nüvə proqramı ilə bağlı problemin danışıqlar yolu ilə həllinə hazırdır

26 Avqust 2026
img

ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı problemin danışıqlar və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yoxlamaları vasitəsilə həll edilməsi imkanından imtina etmir.

APA xəbər verir ki, bunu ABŞ energetika naziri Kris Rayt jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İranın nüvə proqramına danışıqlar və BAEA-nın yoxlamaları yolu ilə son qoymağa qətiyyətliyik. Prezident Donald Tramp administrasiyasının ilk gündən siyasəti bundan ibarət olub. Biz bu imkandan imtina etmirik”, – deyə o bildirib.