03 Sen 2026

ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ ordusunun iki gecə əvvəl, 1 sentyabrda ölkənin cənubunda həyata keçirdiyi hücumlar zamanı İran ordusununDəniz Qüvvələrinin 6hərbçisi həlak olub.
Onların dəqiq harada öldürüldüyü qeyd olunmayıb.