
ABŞ və İsrailin İrana hava hücumları nəticəsində 20617 iranlı yaralanıb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, hazırda 1111 nəfər xəstəxanadadır, 19.506 nəfər isə sağalıb və evə buraxılıb.
Hücumlarda 227 qadın və 206 azyaşlı həlak olub. Həlak olan uşaqların 13-ü 5 yaşdan kiçikdir. Yaralanan uşaqların 51-i 2 yaşdan kiçikdir. Yaralanan 18 yaşdan kiçik vətəndaşların ümumi sayı 1401-dir.
Bundan başqa hücumlar nəticəsində ən azı 18 səhiyyə işçisi həlak olub, 101 tibb işçisi yaralanıb.
36 təcili yardım avtomobili yararsız vəziyyətə düşüb, 37 tibb müəssisəsi, 180 ilkin tibbi yardım məntəqəsi və 47 təcili yardım məntəqəsi zədələnib. Altı xəstəxana isə təxliyə edilib.