• 11 °C
|

ABŞ və İsrailin İrana hücumları nəticəsində ölkəyə 270 milyon dollar ziyan dəyib

14 Aprel 2026
img

ABŞ və İsrailin İranı bombardman etməsi nəticəsində İrana təxminən 270 milyard dollar məbləğində ziyan dəyib.

APA xəbər verir ki, bu barədə hökumət sözçüsü Fatimə Mühacirani “RİA Novosti”yə açıqlaması zamanı danışıb.

O bildirib ki, ilkin və təxmini rəqəmlər bu günə qədərki ziyanın 270 milyard dollar olduğunu göstərir.

Mühaciraninin sözlərinə görə, hökumətin iqtisadi bloku daha dəqiq rəqəmləri çoxmərhələli proses vasitəsilə müəyyən edəcək.

Bu zaman birinci olaraq binalara dəyən ziyanın qiymətləndirilməsi, ikinci olaraq isə büdcə gəlirlərinin itkilərinin və sənaye müəssisələrinin bağlanmasının təsiri hesablanacaq.