• 23 °C
|

AEBA: ABŞ-ın Natanzdakı obyektə endirdiyi zərbələr lokal çirklənməyə səbəb ola bilərdi

24 İyun 2025
img

ABŞ-ın İranın Natanz şəhərindəki nüvə obyektinə endirdiyi aviazərbələr lokal çirklənmə və kimyəvi risklər yarada bilərdi.

APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bəyanatında deyilir.

Agentliyin qiymətləndirməsinə görə, zərbələr əvvəllər həm uranın zənginləşdirilməsi, həm də materialların saxlanılması üçün istifadə olunan yeraltı zalların üzərindəki əraziyə endirilib.

“AEBA hesab edir ki, bu zərbə lokal çirklənməyə və kimyəvi təhlükələrə səbəb ola bilərdi”, – sənəddə qeyd olunub.

Bundan əlavə, agentlik vurğulayıb ki, Fordodakı nüvə obyektinə endirilən zərbələr nəticəsində yeraltı kompleksə gedən yollar və girişlərdən biri ciddi zədələnib.