
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hasan Basri Yalçın Rusiya–Ukrayna münasibətlərində Prezident Rəcəb Tayyib Ərdoğanın rolundan danışıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Yalçın hər iki ölkənin həm Rusiya, həm də Ukraynanın Ərdoğana böyük etimad göstərdiyini bildirib.
“Ukrayna məsələsinin həlli asan deyil. Hər bir atəşkəs razılaşması sadəcə növbəti mərhələyə keçid deməkdir. Müharibə davam edərkən tərəfləri silahlandırmaq doğru deyil. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da gözlənilən nəticəni verməyib. Tərəflər bir-birini sıxışdırmağa davam etsələr də, Türkiyənin mövqeyi aydındır. Biz, Türkiyə olaraq, sülhün təmin olunması üçün əlimizdən gələni etməyə çalışırıq. Hazırda həm Putinin, həm də Zelenskinin güvəndiyi yeganə aktor Ərdoğandır”, – o deyib.