• 21 °C
|

Azərbaycan xarici işlər nazirininn müavini Maldivə səfər edib

13 Yanvar 2025
img

Maldiv Xarici İşlər Nazirliyinin ikitərəfli katibi Hala Hameed Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.

APA xəbər verir ki, bu barədə Maldiv Respublikasının sosial media hesabında məlumat verilib.

Bildirilib ki görüş hökumət və özəl sektorun rəsmi şəxslərindən ibarət nümayəndə heyətinə rəhbərlik edən Elnur Məmmədovun Maldiv adalarında rəsmi səfəri çərçivəsində baş tutub.

Qeyd edilib ki, Maldiv Respublikası və Azərbaycan Respublikası rasında 1-ci İkitərəfli Məsləhətləşmə bu gün keçiriləcək.