15 Avq 2026

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milli neft şirkəti ADNOC-a məxsus tankerin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını açıqlayıb.
APA xəbər verir ki, şirkətin yaydığı məlumata görə, hadisə avqustun 14-də, cümə axşamı axşam saatlarında baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb və vəziyyət nəzarətə götürülüb.
Qeyd edək ki, bundan bir gün əvvəl də ADNOC-a məxsus iki tanker Hörmüz boğazından keçərkən hədəfə alınmış, hadisə nəticəsində ölən və yaralanan olmamışdı.