03 Yan 2026

Birləşmiş Ərəb Əmirlikləri silahlı qüvvələrin Yəmən ərazisindən çıxarılması prosesini tamamlandığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunur ki, qəbul edilmiş qərara uyğun olaraq bütün BƏƏ hərbçiləri Yəmən Respublikasından geri qaytarılıb, şəxsi heyətin təhlükəsizliyi təmin edilib və proses müvafiq tərəfdaşlarla koordinasiya şəraitində həyata keçirilib.