• 22 °C
|

Bəhreyn, BƏƏ və Küveyt hava məkanını açıb – YENİLƏNİB

24 İyun 2025
img

Bəhreyn, BƏƏ, Küveyt hava məkanını açıb, Qətərin hava məkanı bağlıdır, İraq isə bağlı saxlama müddətini daha 17 saat uzadıb.

***

21:36

Qətər hökuməti vətəndaşların, sakinlərin və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanını müvəqqəti bağlayıb.

APA xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Qətər Dövlətinin vətəndaşlarının, sakinlərinin və ziyarətçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyinin bir hissəsi olaraq, səlahiyyətli orqanlar ölkənin hava məkanında nəqliyyatın hərəkətini müvəqqəti dayandırdığını elan edir. Bu, regionda baş verən hadisələrlə bağlı görülən qabaqlayıcı tədbirlər kompleksinin bir hissəsidir", – bəyanatda deyilir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və İraq da hava məkanlarını bağladıqlarını açıqlayıblar.