• 11 °C
|

Bəhreyn İraqa nota verib

13 Aprel 2026
img

Bu gün İraq səfirliyinin müvəqqəti işlər vəkili Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Bəhreyn Xarici İşlər Nazirliyi İraq ərazisindən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı həyata keçirilən “zərərli dron hücumlarını” kəskin şəkildə pisləyib.

Nazirlikdə keçirilən görüş zamanı ikitərəfli əlaqələr üzrə baş direktor Şeyx Abdullah bin Əli Al Xəlifə İraq diplomatı Əhməd İsmayıl al-Karaviyə rəsmi etiraz notası təqdim edib.

O vurğulayıb ki, İraq bu təhdid və hücumlara regional və beynəlxalq hüquqa uyğun şəkildə təcili və məsuliyyətli şəkildəcavab verməlidir.

Bəyanatda həmçinin qeyd olunub ki, Bəhreyn sabitliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün “bütün zəruri tədbirləri görmək hüququnu” özündə saxlayır.