20 Mar 2026

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbilə Bəhreyn və Küveytdə 28 fevraldan tətbiq edilən hava məkanının bağlanması ilə bağlı qərarın müddəti uzadılıb.
APA xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə edilməsi xidməti məlumat yayıb.
"Bəhreyn və Küveyt üzərindən uçuşlar yerli vaxtla saat 16:00-a qədər ən azı 12 saat daha qadağan olunacaq", – məlumatda deyilir.
Məlumata görə, Bəhreyn qonşu Səudiyyə Ərəbistanına ən qısa dəhliz boyunca Manama hava limanından xüsusi icazə ilə bəzi uçuşlara icazə verir.