04 Avq 2026

Səudiyyə Ərəbistanı husilərlə qarşıdurmanın artmaması üçün diplomatik səylər göstərir.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ər-Riyad husilərlə Omanın vasitəsilə danışıqlar aparır.
Bildirilib ki, bununla belə, danışıqların uğursuz olacağı təqdirdə, Səudiyyə Ərəbistanında hərbi ssenariyə hazırlaşırlar.