• 30 °C
|

Cənubi Koreya və ABŞ birgə hərbi təlimləri vaxtından əvvəl başa çatdıracaq

19 Avqust 2026
img

Cənubi Koreya və ABŞ “Ulchi Freedom Shield” birgə hərbi təlimlərini planlaşdırılandan əvvəl – avqustun 21-də başa çatdıracaq.

APA xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.

Məlumata görə təlimlərin avqustun 17-dən 27-dək keçirilməsi nəzərdə tutulmuşdu.

Tərəflər ABŞ-ın təklifi ilə təlimlərin müddətini və miqyasını azaltmaq qərarına gəliblər.

Həmçinin birgə səhra təlimlərinin bir hissəsi ixtisar ediləcək.