• 27 °C
|

Cənubi Koreyanın üç hərbçisi sərhəd yaxınlığındakı partlayışda yaralanıb

21 Sentyabr 2026
img

Cənubi Koreyanın qərb sektorunda yerləşən Koreyalararası demilitarizasiya olunmuş zonada baş verən partlayış nəticəsində üç hərbçisi yaralanıb.

Bu barədə “Reuters” Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hərbçilər helikopterlə xəstəxanaya təxliyə olunublar.

Cənubi Koreya mediası hadisənin mina partlayışı nəticəsində baş verə biləcəyini bildirib.

Qeyd edək ki, ciddi şəkildə mühafizə olunan Demarkasiya Xətti 1950-1953-cü illər Koreya müharibəsindən sonra iki ölkəni ayırır. Müharibə sülh müqaviləsi ilə deyil, atəşkəs sazişi ilə başa çatıb.