• 12 °C
|

Çin Dövlət Şurası: ABŞ-dan alınan silahlar Tayvanın müstəqilliyini təmin etməyəcək

29 Aprel 2026
img

ABŞ-dan alınan silahlar Tayvanın müstəqillik əldə etməsinə kömək etməyəcək.

APA xəbər verir ki, bunu Çin Dövlət Şurası yanında Tayvan işləri üzrə ofisin rəsmi nümayəndəsi Çen Binxua mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Tayvan nə qədər silah alsa da, bu, müstəqillik tərəfdarlarının “qaçılmaz məğlubiyyətini” dəyişməyəcək.

Çin rəsmisi Vaşinqton ilə Taybey arasında hərbi əməkdaşlığa qəti şəkildə qarşı olduqlarını vurğulayıb.

Çen Binxua əlavə edib ki, Tayvan rəhbərliyi xarici qüvvələrə güvənərək vəziyyəti daha da riskli edir və bu, adanın əhalisi üçün ağır nəticələrə gətirib çıxara bilər.