• 27 °C
|

Çin orbitə yeni internet peykləri göndərib

16 Avqust 2026
img

Çin aşağı Yer orbitində internet şəbəkəsini genişləndirmək məqsədilə yeni peyk qrupunu orbitə buraxıb.

“Sinxua” agentliyinin verdiyi məlumata görə, peyklər bu gün Çinin cənubundakı Haynan adasında yerləşən Kommersiya Kosmik Buraxılış Mərkəzindən “Long March-12” daşıyıcı raketi ilə kosmosa göndərilib.

Bildirilib ki, buraxılış Pekin vaxtı ilə saat 12:10-da həyata keçirilib və peyklər əvvəlcədən müəyyən edilmiş orbitlərə uğurla yerləşdirilib. Bu, Çinin aşağı orbitli internet peyklərinin 24-cü qrupu olub.