|

Çində kimyəvi zavodda partlayış nəticəsində 5 nəfər ölüb, yaralılar var

27 May 2025
img

Çindəki kimyəvi məhsullar istehsal edən zavodda partlayış olub.

APA CCTV-yə istinadən xəbər verir ki, Şandun əyalətinin Haomi şəhərində yaşanan hadisə nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Əraziyə 230 nəfər yanğınsöndürən, 55 xüsusi texnika cəlb edilib.

Müəssisənin kimyəvi məhsullar və tibbdə istifadə üçün pestisidlər istehsal etdiyi açıqlanıb.