Dəməşqdə yerləşən kilsədə özünü partladan terrorçu-kemikadzenin İŞİD terror təşkilatına mənsub olduğu müəyyən edilib.
APA xəbər verir ki, bu barədə “SANA” agentliyi Suriyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
***
20:44
Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.
APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.
Nəticədə azı 25 nəfər həyatını itirib, onlarla yaralı var.