• 19 °C
|

Dəməşqin dürzilərin məskunlaşdığı bölgələrində atəşkəs elan edilib

1 May 2025
img

Dürzilərin məskunlaşdığı Dəməşqin ətraf bölgələrində Jaramana və Sahnada iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib.

APA xəbər verir ki, Suriya televiziyasının verdiyi məlumata görə, bu barədə Əs-Suveyda vilayətinin valisi Mustafa əl-Bakur bildirib.

O bildirib ki, ölkənin yeni hökumətinin nümayəndə heyəti dürzi icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında görüş keçirib.

“Suriya təhlükəsizlik qüvvələrinin patrullarına 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumlar törədən cinayətkarların hüquq-mühafizə orqanlarına ekstradisiyasına dair razılıq əldə olunub”, – o qeyd edib.