• 26 °C
|

Əhməd əl-Şaraa: ABŞ-ın sanksiyaları ləğv etməsi regionda təhlükəsizliyi möhkəmləndirəcək

26 Avqust 2025
img

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ABŞ Maliyyə Nazirliyinin Dəməşqi sanksiyalar siyahısından çıxarmaq qərarını alqışlayıb.

APA xəbər verir ki, bu barədə ərəb respublikasının Xarici İşlər Nazirliyinin “X” hesabında dərc olunmuş bəyanatında deyilir.

Əhməd əl-Şaraanın sözlərinə görə, bu addım Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

“Bu addım regionda təhlükəsizliyi gücləndirəcək, iqtisadi vəziyyətə və humanitar duruma müsbət təsir göstərəcək”, – deyə o qeyd edib.

Əl-Şaraa vurğulayıb ki, Dəməşq beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət prinsipləri əsasında dialoq və əməkdaşlığa sadiqdir.