• 15 °C
|

Əraqçi: Diplomatiyaya şans vermək üçün vasitəçilərlə sıx və davamlı əlaqələri davam etdirəcəyik

28 Oktyabr 2026

“Diplomatiyanın uğur qazanması üçün İran hökuməti ona fürsət verməkdə davam edəcək”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, İran silahlı qüvvələri vətəni müdafiə etməyə tam hazır olsa da, ölkə diplomatiyanın uğur qazanması üçün ona fürsət verməkdə davam edəcək.

Əraqçi onu da əlavə edib ki, bir həftəlik planın hətta bir həftədən də az müddətdə həyata keçirilməsinə imkan verə biləcək ideyaları nəzərdən keçirmək üçün vasitəçilərlə sıx və davamlı əlaqələri davam etdirəcəklər.