• 29 °C
|

Əraqçi: İran ABŞ-la danışıqlar aparmır

9 Avqust 2026
img

İran hazırda ABŞ-la birbaşa danışıqlar aparmır.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi öz Telegram kanalında bildirib.

“Hazırda ABŞ-la danışıqlar aparmırıq. Danışıqların bərpası üçün zəmin yaratmaq məqsədilə vasitəçilər üzərindən mesaj mübadiləsi davam edir”, – Əraqçi qeyd edib.

Nazir əlavə edib ki, ABŞ qarşılıqlı anlaşma memorandumunun pozulması ilə bağlı məsuliyyəti aradan qaldırmayana qədər Vaşinqtonla dialoqun mümkün olmadığını bildirib.