• 18 °C
|

Ərdoğan ABŞ-İran danışıqlarının müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib

15 Aprel 2026
img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran və ABŞ arasında danışıqların müsbət nəticələnə biləcəyinə ümidvar olduğunu deyib.

APA xəbər verir ki, o bu barədə Türkiyə Böyük Millət Məclisində AKP-nin qrup iclasındakı çıxışında danışıb.

Ərdoğan İsrailin atəşkəsdən narazı olduğunu bildirib.

“Xüsusilə də atəşkəsdən məmnun olmadığı bilinən İsrail hökumətinin prosesə ziyan verməsinə icazə verilməməlidir”,- Türkiyə Prezidenti vurğulayıb.